DÇ-2026-nın seçmə mərhələsi üzrə D qrupunda Ukrayna ilə heç-heçə edən Azərbaycan yığmasına AFFA pul mükafatı ayırıb.
Offsideplus.az "İdmanxeber.az"a istinadən xəbər verir ki, start heyətdə meydana çıxan futbolçuların hər biri 25 000 manat "premya" əldə edəcək. Matça ehtiyat skamyasından daxil olan futbolçular bu məbləğin 75, görüşü ehtiyatdan izləyənlər isə 50 faizini alacaq.
Qeyd edək ki, Azərbaycan - Ukrayna matçı 1:1 hesabı ilə yekunlaşıb.