AZ

Norm Ustalar Klubunda “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçıları tələbə adını qazanıblar

Norm şirkətinin dəstəyi ilə Norm Ustalar Klubunda həyata keçirilən “Təhsilli Gələcəyəm” layihəsinin iştirakçılarından 12 nəfər ali məktəblərə keçirilən qəbul imtahanlarını müvəffəqiyyətlə başa vuraraq, tələbə adını qazanıb.

Sözügedən layihəyə ötən ilin sentyabrında başlanılmışdı. Müxtəlif bölgələrdən olan ustaların övladları ali təhsil ocaqlarına hazırlanmaq məqsədilə 10 aylıq intensiv hazırlıq kurslarına cəlb olunmuş və eyni zamanda, layihə boyunca müxtəlif təlim proqramlarında iştirak etmişdilər.

Qeyd edək ki, Norm Ustalar Klubunda mütəmadi olaraq, ustaların özləri ilə yanaşı, onların müxtəlif yaş kateqoriyalarında olan övladları üçün bir sıra təhsil və inkişaf layihələri həyata keçirilir. Bu cür təşəbbüslərlə şirkət inşaat ustalarının sosial statusunun yüksəldilməsinə, onların övladlarının gələcəkdə savadlı, peşəkar kadr kimi yetişməsinə töhfə verir. Beləliklə, sənaye sahəsinin liderlərindən biri kimi Norm, sosial məsuliyyət istiqamətində də nümunəvi addımlar atmaqla, dayanıqlı inkişafı dəstəkləyir. Şirkət 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

NormŞirkətiNormUstalarKlubuTəhsilliGələcəyəmLayihəİştirakçılarAliMəktəbQəbulİmtahanıTələbəTəhsilKursu10AyHazırlıqKurslarTəlimProqramlarıUstalarÖvladlarTəhsilLayihələriİnkişafLayihələriSosialStatusPeşəkarKadrlarSənayeLideriSosialMəsuliyyətDayanıqlıİnkişafNEQSOLHoldingEnerjiTelekommunikasiyaYüksəkTexnologiyalarTikintiBeynəlxalqŞirkət
Seçilən
20
4
marja.az

6Mənbələr