AZ

Azərbaycanın inkişafı ABŞ, Yaxın Şərq və Çinlə əlaqələrin artmasından keçir Politoloqdan AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Azərbaycanla Rusiya arasında münasibətlər son zamanlar gərginləşib və müəyyən qədər soyuyub. Bunun səbəbləri artıq məlumdur. Biz də öz tələblərimizdən əl çəkmirik. Çünki bizə qarşı baş verən hadisələrin beynəlxalq hüquq normalarına uyğun olmadığını yaxşı bilirik".Bunu Demokrat.az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.O, bildirib ki, biz Rusiya ilə münasibətlərin normallaşmasını istəyirik, amma yalnız beynəlxalq qanunlar və hüquq normaları çərçivəsində:"Rusiya bizim tələblərimizi yerinə yetirməlidir. Vurulan təyyarəyə görə kompensasiya ödəməli, cinayətkarlar cəzalandırılmalı və Azərbaycandan üzr istənilməlidir.

Azərbaycanın ən böyük problemlərindən biri də uzun müddət Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Eyni zamanda, Ermənistanla sülh müqaviləsinin imzalanması da gündəmdə idi. Bu məsələlər Azərbaycanın Türkiyə ilə birgə apardığı güclü siyasət nəticəsində, Azərbaycanın razılığı və eləcə də Vaşinqtonda Donald Trampın təşəbbüsü ilə öz həllini tapdı. Beləliklə, Zəngəzur dəhlizi açıldı və istifadə olunmağa başladı".Politoloq bildirib ki, artıq həmin dəhlizlə bağlı komissiya üzvləri həm Amerikadan, həm İrəvandan, həm də Azərbaycandan iştirak edir və işlər görülür:"Azərbaycanın xarici siyasətində isə əsas istiqamət Türk Dövlətləri Birliyi ilə əməkdaşlığın gücləndirilməsidir. Prezidentin inaugurasiya çıxışında qeyd etdiyi kimi, Azərbaycanın bir yolu var – Türk yolu, Türk ailəsi. Biz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndiririk. Orta Asiya ölkələri, Türkiyə və Amerika ilə münasibətlərimiz də inkişaf edir. Xüsusilə, Bayden dövründə müəyyən qədər zəifləyən münasibətlər, Trump-ın hakimiyyətə qayıdışı ilə yenidən yaxşılaşmağa doğru gedir. Biz də müxtəlif məsələlərin birgə həllinə çalışırıq. Azərbaycanın inkişafı qərb ölkələri, ABŞ, Yaxın Şərq və Çinlə əlaqələrin möhkəmlənməsindən keçir. Bu da həm ticarət dövriyyəsini, həm də əməkdaşlığı artıracaq".Onun sözlərinə görə, Rusiya bizdən daha çox asılıdır, nəinki biz Rusiyadan:"Ona görə də Rusiyanın apardığı təcavüzkar siyasət beynəlxalq hüquq normaları çərçivəsində qiymətləndirilməlidir. Biz Rusiyasız yaşamaq istəyirik, onun təcavüzkar siyasətinə ortaq deyilik və onu dəstəkləmirik".Ekspert bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və onlara yardım göstərir:"Çünki bizim yolumuz demokratiya yoludur, haqq yoludur. Bu da xalqın sosial məsələlərinin həllinə xidmət edir. Mən hesab edirəm ki, Azərbaycan düzgün yoldadır".Əfsanə Kamal

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
demokrat.az

2Mənbələr