AZ

Messi karyerasında ilk dəfə…

Leonel Messi karyerasında bir ilkə imza atıb.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının 38 yaşlı hücumçusu ilk dəfə dünya çempionatının seçmə mərhələsinin bombardiri olub. O, DÇ-2026-nın seçmə turnirində meydana çıxdığı 12 matçda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Bununla da Messi Argentina üçün Cənubi Amerikada ən yaxşı nəticəni göstərib.

Artıq regionda sona çatan qrup mərhələsində 2-3-cü yerləri 17 oyuna 7 qol vuran Kolumbiya yığmasının 28 yaşlı hücumçusu Luis Dias və Boliviya millisinin 21 yaşlı hücumçusu Migel Terseros tutublar.

Seçilən
50
football-plus.az

1Mənbələr