1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gümrü şəhərinin meri Vardan Qukasyanın oğlu Spartak Qukasyan saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Ermənistan İstintaq Komitəsi hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə cinayət işi çərçivəsində bir nəfərin saxlanılması faktını təsdiqləyib, lakin ad çəkməyib.
Vardan Qukasyanın özü Ermənistan KİV-ə açıqlamasında bildirib ki, oğlunu uşaqları bağçaya apardığı zaman saxlayıblar. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə maşında ona yaxınlaşıblar və uşaqların gözü qarşısında saxlayıblar.
Mer hesab edir ki, saxlanılmağa səbəb oğlunun Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Adjapaxyanın işi üzrə məhkəmə iclasında iştirakı ola bilər.