AZ

QHT sədri: “Saxta medallar yalnız populizm və məsuliyyətsizlikdir”

Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi birgə bəyanatla çıxış edərək xəbərdarlıq edib ki, bəzi QHT-lər qanunla qadağan olunmuş şəkildə fərdi şəxsləri saxta orden və medallarla təltif edir. Bəyanatda vurğulanır ki, QHT-lərin saxta orden və medallar təsis etməsi ictimai etimadı sarsıdır, əhalini aldadır və ciddi hüquqi məsuliyyət yaradır.

QHT.az xəbər verir ki, “Vəfa Sosial Problemlərin Həllinə Dəstək” İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli bildirib ki, orden və medal təsis etmək QHT-lərin səlahiyyətinə aid deyil:

“Bu, yalnız dövlətin aidiyyəti qurumlarının işidir. QHT adı ilə belə işlərə girişmək cəfəngiyat və məsuliyyətsizlikdir. İctimai institut olaraq QHT-nin borcu maarifləndirmək və cəmiyyətə fayda verməkdir, yoxsa ucuz populizmlə gündəmə gəlməyə çalışmaq deyil”.

 

Seçilən
18
qht.az

1Mənbələr