AZ

AFFA-nın mövqeyi bilindi - Milli yenə xariciyə tapşırılacaq, yoxsa..?

Azərbaycan yığmasının yeni baş məşqçisi yerli olacaq.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Fernandu Santuşdan sonra hanıssa əcnəbinin sükan arxasına gətirilməsi gündəmdə yoxdur.

Portuqaliyalı mütəxəssisin yaşadığı uğursuzluq federasiya rəhbərliyini xarici məşqçi sevdasından çəkindirib.

Hazırda vitse-prezidentlər Balakişi Qasımov və Maksud Adıgözəlov, həmçinin baş katib Cahangir Fərəcullayev azərbaycanlı çalışdırıcılardan birinin milliyə təyinatı ideyası ətrafında birləşib. Prezident Rövşən Nəcəf də onların mövqeyinə hörmətlə yanaşır.

Yeni baş məşqçinin kimliyi sentyabrın sonunda məlum olacaq. Bu məsələ İcraiyyə komitəsinin yığıncağında müzakirəyə çıxarılacaq.

Qurumun ali orqanının toplantısı bu ayın üçüncü yarısında keçiriləcək və orada bir neçə namizəd arasından seçim ediləcək.

2024-cü ilin yayında yığmanın sükanı arxasına gətirilən Fernandu Santuş 2 gün sonra istefaya göndərilib. Portuqaliyalı mütəxəssislə 4 illik müqaviləyə birtərəfli qaydada xitam verilib.

Səbəb kifayət qədər tutarlıdır – komandamızı Millətlər Liqasında lap aşağı diviziona yuvarladan Santuş DÇ-2026-nın seçmə mərhələsinə də uğursuz başlayıb. İslandiya ilə səfər oyununda qeydə alınan 0:5 hesablı darmadağın AFFA rəhbərliyinin səbr kasasını daşırıb.

SPORTİNFO.AZ

Seçilən
22
sportinfo.az

1Mənbələr