Tramp administrasiyası Kirkə qarşı sui-qəsd cəhdinə cavab verməkdən imtina edib
Ajans.az xəbər verir ki,bu barədə “The Washington Post” nəşri Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Tramp administrasiyası hadisəyə emosional yanaşsa da, siyasi qisas və ya hüquqi tədbirlər görmək niyyətində deyil. “Fikirlərimiz Çarli və ailəsindədir. Biz siyasi qisas haqqında düşünmürük”, – deyə adı açıqlanmayan Ağ Ev rəsmisi bildirib. Qeyd edək ki, sui-qəsd cəhdi zamanı heç bir fiziki zərər qeydə alınmasa da, hadisə ABŞ ictimaiyyətində geniş rezonans doğurub. Demokrat konqresmen Co Morell məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu cür halların baş verməsi ölkənin siyasi kursunun təhlükəli şəkildə dəyişdiyini göstərir. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Tramp tərəfdarlarının isə sosial mediada məsələyə sərt reaksiya verdiyi müşahidə olunub.