Bakı. Trend:
UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19komandasının səfərdə "Benfika"ya qarşı keçirəcəyi oyununtəyinatları açıqlanıb.
Trend xəbər verir ki, qarşılaşmanı Şimali İrlandiyadan olan FİFAreferisi Ceymi Robinson idarə edəcək Ona Adam Ceffri və BrayanUilson kömək göstərəcək.
Dördüncü hakim funksiyasını portuqaliyalı Dioqu Roza yerinəyetirəcək.
Xatırladaq ki, sentyabrın 16-da baş tutacaq "Benfika" -"Qarabağ" matçı Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.