AZ

“Orden və medal təsis etmək dövlətin işidir, QHT-nin yox” - Şərqiyyə Dadaşova

Məlum olduğu kimi, bu gün Ədliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəzi qeyri-hökumət təşkilatlarının qanunsuz şəkildə saxta orden və medallar təsis etməsi və onları təqdim etməsi ilə bağlı birgə bəyanat yayıb.

QHT.az xəbər verir ki, ötən dövrdə dəfələrlə bəzi QHT-lərin bu cür saxta orden və medallar təsis etməsi və təqdim etməsi barədə məlumatlar yayılıb, bu məsələ ilə bağlı narazılıqlar gündəmə gəlib. Mövzu ilə bağlı ictimaiyyətin və bir çox QHT nümayəndələrinin kəskin mövqeyi mütəmadi olaraq ifadə olunub.

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri Şərqiyyə Dadaşova açıqlamasında bəzi təşkilatların qanunsuz şəkildə orden və medal təsis etməsinə münasibət bildirib. Onun sözlərinə görə, QHT-lərin belə fəaliyyətlə məşğul olması nə nizamnamələrinə, nə də qanunvericiliyə uyğundur:

Bu QHT-lərin nizamnaməsində göstərilibmi orden və medallar təsis etmək? Orden və medalı alan, əvvəlcə verənin nizamnaməsini, görə biləcəyi işləri araşdırsın. Sonra orden və medalı alıb yaxasına taxsın. Axı bu, dövlətin işidir. QHT-nin işi bu deyil. QHT nizamnaməsinə uyğun işlərlə məşğul olsa, daha yaxşı olar. QHT qanunvericiliyə uyğun hərəkət etməlidir,” – deyə Şərqiyyə Dadaşova vurğulayıb.

 

Seçilən
69
qht.az

1Mənbələr