Nikol Paşinyan Ermənistanın ədliyyə naziri Srbuhi Qalyanın fəaliyyətindən narazıdır və bəzi dairələr onun istefası məsələsini müzakirə edirlər. Narazılığın nədən qaynaqlandığı konkret açıqlanmır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu, mürəkkəb və əsas sahədir və burada çoxlu problemlər yaranıb. Qalyan ötən ilin noyabrında nazir təyin olunub. Buna qədər o, baş prokurorun müavini vəzifəsində çalışır, qanunsuz yolla əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı işləri əlaqələndirirdi. Lakin bu istiqamətdə böyük vəsaitlər xərclənsə də, real nəticə əldə olunmayıb. Bundan əlavə, o, vaxtaşırı jurnalistlərlə sözlü mübahisələrə girir, tarazsız davranışları ilə seçilir və şəxsi həyatı da müzakirə mövzusuna çevrilib.
Musavat.com