“Karvan”ın yollarını ayırdığı Ceyhun Bağırzadənin yeni klubu bəlli olub.
İdmanxeber.az-a verilən məlumata görə, müdafiəçi “Qəbələ” ilə anlaşıb. O, “qırmızı-qaralar”ın əvəzedici heyətində çıxış edəcək.
Xatırladaq ki, 19 yaşlı oyunçu bir dönəm əyalət təmsilçisinin heyətində UEFA Gənclər Liqasında çıxış edib.
Bağırzadə həmçinin U-15 və U-17 millilərimizin də üzvü olub.