AZ

Venesuela millisinin baş məşqçisi istefaya göndərildi

Venesuela millisinin baş məşqçisi Fernando Batista vəzifəsindən göndərilib.

Operativ Media xəbər verir ki, bu barədə Venesuela Futbol Federasiyası məlumat yayıb.

Qərarın komandanın nəticələrinin qənaətbəxş olmmaması səbəbindən verildiyi bildirilib. Komanda DÇ-2026-nın seçmə mərhələsində 18 xalla 8-ci yeri tutan kollektiv final mərhələsinə vəsiqə qazana bilməyib.

55 yaşlı argentinalı mütəxəssis 2023-cü ilin martından komandanı çalışdırırdı. Venesuela millisi F.Batistanın rəhbərliyi altında 28 oyun keçirib, bunlardan 9-da qələbə qazanıb. 8 dəfə heç-heçə oynayan komanda qalan görüşlərdə məğlub olub.

Seçilən
23
operativmedia.az

1Mənbələr