AZ

Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb

Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs 2024-cü ili 548 min manat xalis mənfəət ilə başa vurub. Mərkəz 2023-cü ili 3 milyon 683 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 3 milyon 135 min manat və ya 85% (6,2 dəfə) azalıb. Xalis mənfəətin azalması xərclərin, o cümlədən istifadə edilmiş material ehtiyatları (xammal, materiallar, qablaşdırma materialları, yanacaq, ehtiyat hissələri, tikinti materialları, sair materiallar) üzrə xərclərin artması ilə əlaqədardır. 

Marja.az xəbər verir ki, Bakı Sağlamlıq Mərkəzinin əməliyyat gəlirləri 2023-cü ildə 29 milyon 942 min manat ikən, 2024-cü ildə 30 milyon 550 min manat yüksəlib (608 min manat artıb). Cəmi əməliyyat xərcləri isə 3 milyon 542 min manat və ya 13,6% artaraq 29 milyon 568 min manat olub. 

Bakı Sağlamlıq Mərkəzi 981 min manat əməliyyat mənfəətindən 433 min manat mənfəət vergisi ödəyib. 

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

 

 

Seçilən
16
1
marja.az

2Mənbələr