AZ

Elvin Bədəlov: "Ayxan Abbasov bizi bu vəziyyətdən çıxardı" - MÜSAHİBƏ

Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov Sportal.az-a müsahibəsi

- İslandiya ilə görüşdən sonra millidə sanki xaos yaranmışdı. Böyükhesablı məğlubiyyət oldu, ardınca Fernandu Santuş istefaya öndərildi. Bir gündə yeni baş məşqçi gəldi. Bu periodu necə keçirdiz?

- Həqiqətən də çətin günlər oldu. Birinci dəfədir ki, belə vəziyyətə düşmüşdüm. Uşaqlar da eyni durumda idi. Bilmirdik ki, nə edək. Amma səbir etdik, dözdük. Hər şeyi zamana buraxdıq. Yaxşı ki, tez bir zamanda hər şey öz yerini tapdı.

- Ayxan Abbasov bir gün içərisində daha çox psixoloji sarıdan sizinlə işlədiyini bildirdi. Təbii ki, vaxt az idi. Bir də sistemi başa salmağa çalışdı. Görünür ki, komanda tez bir zamanda həm sistemə öyrəşdi, həm də psixolji durumdan düzəldi?

- Əlbəttə, bir gün içərisində nələrsə etmək də çətindir. Amma Ayxan müəllim sağ olsun, bacarığını orataya qoydu və bizi bu vəziyyətdən çıxardı. O, komandanı toparlaya bildi.

- Ukrayna ilə görüşdəki bir xalı uğurlu nəticə saymaq olar hazırkı dönəmdə?

- Ukrayna kimi rəqibə qarşı bir xal qazanmağın özü də, nəticədir. Onların oyunçularının haralarda oynadığına baxın. Bütün 90 dəqiqə mübarizə apardıq. Bir-birimizin yanında olduq. Sonda da bir xal qazandıq.

- Sadəcə maraqlıdır ki, bu oyuna kimi sona qədər əla mübarizə aparmağa nə mane olurdu indiyə qədər? Onda belə çıxır ki, məşqçilər komandanı psixoloji və taktiki cəhətdən tam hazırlaya bilmirdi?

- İstəmirəm hər şeyi məşqçinin üzərində atım. Biz İslandiya ilə görüşdə zəif çıxış etdik. Belə oyunlar da olur da. Necə ki, heç nə alınmır, ruh düşkünlüyü olur. Amma həmin gün bizim günümüz də deyildi. Onu tez bir zamanda yaddan çıxardıb, müsbət tərəfləri Ukrayna oyuna daşımaq lazım idi. Gələcəkdə daha da üstünə qoymaq gərəkdir.

- Bu mövsüm "Neftçi" də qalib gələ bilməyib. Demək olar ki, Eminlə sən "Neftçi"nin düşərgəsinə daha inamlı qoşulacaqsız? Klubdakı performansına da təsir edəcək Ukraynaya qarşı inamlı oyun?

- İstəyərdim i, qarşıdakı turda artıq qələbə qazanaq. Üç turdur ki, oyun olaraq inkişaf var. Sadəcə qalib gələ bilmirik. İnanıram ki, bir oyun qazansaq, arxası da gələcək. Buna hamımız inanırıq, başqa yolumuz yoxdur.

- Qarşıda isə millini çox ağır görünən Fransa matçı gözləyir. Yəqin ki, İslandiyanın onlara qarşı mübarizəsini gördün. Hətta hesabı 2:2 etsələr də, sonradan VAR-ın müdaxiləsindən sonra qol ləğv edildi. Bu sizə inam verdi ki, Fransa ilə əslində oynamaq olar və əksəriyyətinin düşündüyü kimi böyük hesabla uduzmamaq mümkündür?

- Hazırlaşacağıq. Başqa yolumuz yoxdur. İstənilən rəqibə qarşı oynaya bilərik. Əlbəttə, Fransa başqa səviyyədir. Bu haqda heç danışmaq istəmirəm. Səfər oyunudur. Amma əlimizdən gələni etməliyik. Ukrayna ilə oyundan sonra əminəm ki, uşaqlara da özünəinam gəlib.

- Düşünmək olar ki, Ukrayna ilə matçdakı ilk və yeganə xal deyildi bu qrupda yığacağımız?

- Bunu hamımız istəyirik. Təki, belə də olsun.

- Millidə 14 nömrəli formanı Bilirik ki, millidə uzun illər Rəşad Sadıqov bu nömrə ilə oynayıb. Həmin nömrəni seçməyinin səbəbi də odur?

- Rəşad Sadıqov bizim futbolumuzun əfsanəsdiir. Şübhəsiz ki, ona hörmətim böyük və sonsuzdur. Futbolçu kimi də, Rəşad Sadıqovu həmişə çox bəyənirdim. Amma nömrə məsələsi onunla əlaqəli deyil.

İdman.biz

Seçilən
5
2
idman.biz

3Mənbələr