AZ

Rusiya rəqəmlərdə çökür... - Azərbaycanlı professorun sensasiyalı yazısı

Rusiya hakimiyyətinin ölkəsinin son iki ildə iqtisadi inkişafı barədə yaratdığı mif artıq dağılır. “Biz Qərbin sanksiyalarına qalib gələcəyik, sanksiyalar nəticəsində idxalına qadağa qoyulmuş məhsulları özümüz istehsal edəcəyik” kimi yalanlar birmənalı şəkildə faş olur.   

İlk öncə onu deyək ki, Rusiya hökumətinin Rusiya iqtisadiyyatınada 2023 və 2024-cü illər ərzində baş vermiş artımlar barəsindəki məlumatları Beynəlxalq maliyyə institutları da təsdiq etmişdilər. Lakin bu artımların arxasında nələrin dayandığından nədənsə heç bu inistitutlar da həvəslə danışılmadılar. Rusiuya iqtisadiyyatında 2023 və 2024-cü illərdə qeydə alınmış 4,1% artım yalnız və yalnız həmin illər ərzində bu ölkənin hərbi sənayesinə iri həcmdə investisiyaların yatırılması hesabına baş vermişdir. Bəs iqtisadiyyatda qeydə alınmış bu artım Rusiaya dövlətinin büdcəsinə və Rusiya vətəndaşına nəsə verə bildimi? Təbii ki, yox! Hərbi sənayeyə edilən trliyon rubularla  xərclər hesabına yaradılan ümumi dasxili məhsul bir neçə gün sonra Ukrayna ilə müharibədə havaya sovrulur və bununla da yenicə yaradılmış əlavə dəyər yaradıldığı kimi də məhv edilir. Nəticədə nə dövlət nə də vətəndaş hərbi sənayedə istehsal olunan ümumi daxili məhsuldan zərrə qədər belə faydalana bilmir. Bunun əvəzində həmin məhsulları hərbi sənayedə isyehsal edən milyonlarla işçilərə ödənilən milyardlarla rubl əmək haqqı bazara çıxaraq ölkədə infilyasiyanı sürətləndirir.

Rusiya iqtisadiyyatında çöküş başladı – Qərb Xəbər

Bu dediklərimiz Rusiya hökumətinin son 2 ildə öz iqtisadiyyatının sürətli inkişafı haqqında yaydığı yalanları tam ifşa edir. Və artıq 2025-ci ildə bu yalanların üstünü Rusiyanın rəsmiləri və Kremlin sözçüləri ifşa etmək zorunda qalıblar. Rusiya iqtisadiyyatına və onun maliyyə - bank sisteminə rəhbərlik edənlər indi açıq şəkildə iqtisadiyyatın durğunluq dönəminə qədəm qoyduğunu etiraf edirlər. Həqiqətdə isə bu durğunluq deyil, bir ölkənin iqtisadiyyatının uçrumdan sürətlə başı aşağı yuvarlanmasıdır. Rusiyanın iqtisadiyyatının və nəticə etibarı ilə onun özünün bir dövlət kimi hara getdiyini əks etdirən faktları hörmətli oxucularımın diqqətinə çatdırıram. Qoy bu faktlara nəzər salıb, Rusiyanın hazırkı iqtisadi və maliyyə durumuna oxucularımız özləri qiymət versinlər.

Beləliklə:

  • Rəsmi statistika Rusiyada hal-hazırda 13% infilyasiya olduğunu desə də real olaraq ölkədə infilyasiya 20%-dən çoxdur və hər gün sürətlə artmaqda davam edir;
  • Rusiyanın hökumət rəsmilər bildirirlər ki, ölkə iqtisadiyyatında 2025-ci ilin ikinci rübündə1,1% artım qeydə alınıb lakin müstəqil ekspertlər haqlı olaraq cari ildə iqtisadiyyatda ciddi azalmaların baş verdiyini israr edirlər.
  • 2025-ci ilin birinci yarısında Rusiya Dövlət büdcəsinin xərcləri 20%, gəlirləri isə cəmisi 3% artıb;
  • 2025-ci ildə Rusiyanın hərbi xərcləri 25% artırılıb və indi Dövlət büdcəsinin xərclərinin 40%-i hərbi xərclərin payına düşür;
  • Bu gün Rusiyanın illik hərbi xərcləri 180 milyard ABŞ dollarından çoxdur. Bu hər gün müharibəyə 500 milyon dollara qədər vəsaitin xərclənməsi deməkdir. Araşdırmalar göstərir ki, Rusiya bir sıra hərbi xərcləri də müxtəlif yollarla rəsmi statistikadan gizlədir;
  • 2025-ci ildə Rusiyanın Dövlət büdcəsində kəsr 1,2 trliyon rubl təsdiq edilsə də bu ilin may ayında büdcə yenidən baxılaraq kəsrin yeni həddi 3,7 trliyon rubl təsdiq olunmuşdur. Lakin bu da yetərli olmamışdır. Cari ilin iyul ayının sonuna Dövlət büdcəsinin kəsri 5 trliyon rubula çatıb;
  • Yaxın günlərdə Dövlət büdcəsinə yenidən baxılması və bu zaman hərbi xərclərdən başqa sosial xərclər də daxil digər bütün xərclərin kəskin azaldılması gözlənir;
  • Rusiya Milli Rifah Fondunun vəsaitləri (ölkənin artıq neft və qaz gəlirlərinin toplandığı fond) 4 il ərzində 4 dəfəyə qədər azalaraq, 2022-ci ildəki 135 milyard dollardan 2025-ci ilin may ayında 35 milyard dollara enib. Bu hesabla cari ilin sonuna o fondda vəsait qalmayacaqdır.

2024-cü il üçün BƏDBİN PROQNOZ – “Dünya iqtisadiyyatında çöküş olacaq”

Rusiyanın Dövlət büdcəsinin 60%-i neft və qaz sektorundan gələn vəsaitlər hesabına formalaşır. Bəs Rusiyada neft və qaz sektorunda durum necədir və onu nələr gözləyir?

  • 2024-cü ildə Qazprom 13 milyard dollar təmiz mənfəət itirib;
  • Rosneft mənfəətini 74%, lukoyl 82%, Surqut neftqaz isə 264% itirib;
  • OPEK 2025-ci ildə 2 dəfə neftin hasilatını artırmaq qərarı verib və onun hədəfi 2026-cı ilin sonuna qədər 2023-cü ildə OPEK tərəfindən azaldılmış 1,6 milyon barel neft hasilatını bərpa etməkdir. Deməli bununla da neftin qiymətləri getdikcə daha da aşağı düşəcəkdir.
  • Rusiyanın Dövlət büdcəsində 2025-ci il üçün neftin bir barelinin qiyməti 70 dollar müəyyən edilib;
  • Avropa Birliyinin bu ilin iyul ayında Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiya zərfində Rusiyanın dünya bazarında satdığı neftin bir bareli üçün son dəfə müəyyənləşdirilmiş 60 dollar bu ilin sentyabr ayının 3-dən etibarən 47,6 dollara qədər azaldılmış, qara yollarla rusiya neftini daşıyan 444 tankerdən 105-nə sanksiya tətbiq olunmuşdur;
  • Bu yaxınlarda AB tərəfindən qəbul ediləcək sanksiyaların yeni, 19-cu zərfində Rusiya neftinin satışı ilə bağlı daha sərt addımların atılması nəzərdə tutulur.

Bəs Rusiya iqtisadiyyatının ayrı-ayrı sahələrində durum necədir?

  • 2025-ci ilin birinci yarısında Rusiyada yük avtomobillərinin istehsalı 66%, minik avtomobillərinin istehsalı isə 27% azalıb;
  • Cari ilin 6 ayı ərzində Rusiyanın dəmir yolları ilə daşınan yüklərin həcmi 76% azalıb;
  • Kamaz, Qaz, Likinsk avtobus zavodu, Rusiyada ən böyük sement istehsalçısı olan “Semros” Holdinq, Avtovaz, Qara metallurgiya müəssisələri və bir çox digər iri müəssisələr məhsul istehsalı və satış həcminin kəskin azalması səbəbindən həftədə 4 günlük iş rejiminə keçməyə hazırlaşırlar. Belə bir addımla həmin müəssisələrdə çalışanlar əmək haqqının 30%-ə qədərini itirəcəklər və onların alacaqları əmək haqqı 2022-ci ildəki əmək haqqı səviyyəsinə enəcəkdir. Üç il ərzində Rusiyada tüğyan edən infilyasiya fonunda həmin insanların sosial vəziyyətinin necə ağırlaşacağını təsəvvür etmək çətin deyil;
  • Rusiya hökuməti milli yol tikintisi dövlət proqramı çərçivəsində 2025-ci ildə yolların tikintisinə ayrılan vəsaitin həcmini 42% azaltmağa məcbur olub. Dünyanın ən yolsuz ölkəsində bunun nə demək olduğunu Rusiyanı tanıyanlar daha yaxşı bilirlər.
  • Bu il Rusiyada banklar tərəfindən əhaliyə verilmiş vaxtı keçmiş kreditlərin həcmi rekord həddə - 1,5 trliyon rubla çatıb ki, bu da ötən illə müqaisədə 40% artım deməkdir. Vəziyyəti nizamlamaq üçün kommersiya bankları Mərkəzi Bankdan yardım tələb edirlər;
  • Bu il Rusiyada yeni mənzillərin tikintisi 22%, satışı isə 38% azalıb;
  • Rusiyanın əmək bazarında vəziyyət acınacaqlı haldadır. Ölkədə ciddi demoqrafik durum mövcuddur;
  • Ali təhsilli və yüksək ixtisas sahibi olan mütəxəssislərin və ilk növbədə İT texnologiyaları üzrə mütəxəsislərin kəskin çatışmazlığı var;
  • Yüksək ixtisaslı və peşəkar fəhlə çatışmağlığı pik həddədir. Bu gün Moskva şəhərində adi qaynaqçı yarım milyon rubl əmək haqqı alır ki, bu da Rusiyanın paytaxtında fəaliyyət göstərən ən yüksək ixtisaslı İT mütəxəssisinin əmək haqqından belə çoxdur.

 Rusiya haqqında bilməli olduğunuz 24 fakt...

Bəs nədən 146 milyon əhalisi olan Rusiyada əmək resurslarının belə kəskin çatışmazlığı mövcuddur?

  • Birinci səbəb budur ki, bir milyon insan Ukraynaya qarşı işğalçı müharibədə həyatını itirib;
  • 700 minə yaxın hərbiçi hal-hazırda Ukrayna ilə müharibədə iştirak edir;
  • Üç milyondan artıq gənc müharibədə əlil olub;
  • Bir milyondan çox, 50 yaşına qədər kişilər işğalçı müharibədən yayınmaq üçün ölkədən qaçıb xaricə gediblər;
  • Və belə bir durumda Rusiya hökumətinin atdığı ən ağılsız addım, miqrantlara qarşı basqıların başladılması və onları kütləvi şəkildə ölkədən çıxartmaqdır.

 

Rusiyanı bu işğalçı və qəddar müharibədə durdurmaq üçün Dünya birliyinin hansı addımlar atacağı gözləniləndi?

  • Bu sırada ilk sual budur ki, Çin və Hindistan nə vaxta qədər Rusiyan neftini və qazını alacaq və bu yolla Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin maliyyələşdirilməsində ona dəstək verəcəklər?
  • Bu gün artıq Polşaya hərbi müdaxilə etmiş Rusiya ABŞ və AB-ni hiddətləndirməkdədir. Bu dəfə sanksiyaların Rusiyanın tam çökməsinə hesablanacağı heç şübhəsizdir, onları aşmaq istəyənlər isə Qərbin çox ciddi sanksiyaları ilə üz-üzə qalacaqlar.
  • Bu halda təbii ki, həm Çin və həm də Hindistan Qərblə Rusiya arasında seçim etmək zorunda qalacaqlar və heç şübhəsiz onlar Qərbi seçəcəklər. Çünki Qərbin Çin və Hindistanla ticarət dövriyyəsi Rusiyanın bu ölkələrlə ticarət dövriyyəsi ilə müqaisə edilməyəcək qədər böyükdür. Belə olan halda Çin də Hindistan da öz iqtisadi və ticarət maraqlarını üstün tutub Rusiya ilə neft-qaz ticarətinə son verəcəklər.

Maraq üçün 2024-cü ildə Çinin əsas ticarət tərəfdaşları ilə xarici ticarət dövriyyəsinə nəzər salaq.

  • Cənub-Şərqi Asiya

Ölkələri Assosiasiyası  - 982,3 milyard dollar

  • Avropa İttifaqı ölkələri – 785,8 milyard dollar
  • ABŞ – 688,2 milyard dollar
  • Rusiya – 244,8 milyard dollar

2025-ci ilin 8 ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 9,4% azalıb.

Bütün bu reallıqlar fonunda Rusiyanın aqibətinin çox acınacaqlı olacağına şübhə qalmır...


Fikrət Yusifov

Seçilən
4
2
moderator.az

3Mənbələr