AZ

Kirkın qətli MAGA hərəkatını ən təsirli nümayəndələrindən məhrum etdi

ABŞ prezidenti Donald Trampın MAGA (Make America Great Again – “Amerikanı yenidən böyük edək”) hərəkatı, mühafizəkar baxışlı amerikalı fəal Çarli Kirkın qətli ilə özünün ən parlaq və təsirli nümayəndələrindən birini itirdi.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Kanadanın "The Globe and Mail" qəzeti yazır.

Qəzetin fikrincə, “onun ölümü Tramp hərəkatını ən görkəmli və təsirli təmsilçilərindən birindən məhrum edir”.

Sayt Kirkin çox nüfuzlu sağçı xadim olduğuna diqqət çəkib. Belə ki, o, yalnız ABŞ prezidentinin hərəkatına gəncləri fəal şəkildə cəlb etmirdi, həm də bu resursu səfərbər etməyi bacarırdı. "The Globe and Mail" Kirkın Yuta ştatında universitet kampusunda qətlə yetirilməsini simvolik hadisə kimi qiymətləndirir, çünki son illərdə o, məhz belə auditoriyalarda Tramp üçün gənclərin səsini qazanırdı.

Qəzet həmçinin vurğulayır ki, Kirkın Tramp üçün əhəmiyyətini prezidentin onun qətli ilə bağlı ABŞ-da dövlət bayraqlarının endirilməsi barədə göstəriş verməsi də sübut edir.

Xatırladaq ki, Kirk Yuta ştatının Orem şəhərində universitetdə çıxışı zamanı atəşə tutulub və aldığı güllə yarasından xəstəxanada ölüb.

Musavat.com

 

Seçilən
6
musavat.com

1Mənbələr