AZ

Təyyarədə “baqaj”dan oğurluq edənlər SAXLANILDI

Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində təyyarə göyərtəsində sərnişinlərin əl yüklərindən oğurluq etməkdə şübhəli bilinən əcnəbi vətəndaşlar 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. 

Araşdırmalarla müəyyən olunub ki, onlar sərnişinlərin diqqətsizliyindən istifadə edərək çantalardan pul və qiymətli əşyaları götürüb, şübhə oyatmamaq üçün isə yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pullar qoyublar.

"Cebheinfo.az" xəbər verir ki, şübhəli şəxslərin üzərindən mühüm maddi və elektron sübutlar aşkarlanaraq istintaqa təqdim olunub.Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. 

"Cebheinfo.az"

Seçilən
48
cebheinfo.az

1Mənbələr