AZ

Çində keçirilən beynəlxalq seminarda Azərbaycanın milli insan hüquqları təsisatının fəaliyyəti barədə məlumat verilib  

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Çin Xalq Respublikasının Nankin şəhərində keçirilən “İnsanların rifahı naminə effektiv ombudsman fəaliyyəti” mövzusunda beynəlxalq seminarda iştirak edib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, seminarda çıxış edən ombudsman Səbinə Əliyeva Azərbaycan ilə Çin arasında strateji əlaqələrin inkişaf etdiyini vurğulayıb. O, eyni zamanda, insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib.

S.Əliyeva, həmçinin Azərbaycanın milli insan hüquqları təsisatının fəaliyyəti, o cümlədən vətəndaşların müraciətlərini asan və maneəsiz şəkildə təqdim edə bilmələri üçün mövcud mexanizmlər, hüquqi maarifləndirmə işləri və həssas əhali qruplarının hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Təqdimat beynəlxalq seminarda iştirak edən nümayəndələr tərəfindən maraqla qarşılanıb və yüksək qiymətləndirilib.

Seçilən
19
5
azerbaijan-news.az

6Mənbələr