AZ

Ermənistan Rusiya bazasını çıxarmaq fikrində deyil

Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən mümkün çıxarılmasını nəzərdən keçirmir, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

“Hazırda bu məsələni müzakirə etmirik, belə söhbətlərimiz olmayıb”, o, jurnalistlərin sualını belə cavablandırıb (TASS-a istinadən).

Xatırladaq ki, avqustun 23-də Gümrüdəki 102-ci bazanın qarşısında qərbyönlü “Respublika naminə” partiyası tərəfindən təşkil olunmuş anti-Rusiya aksiyası keçirilib.

Bundan əlavə, parlamentin sədri Ermənistanın baş nazirinin yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini və burada Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğunu bildirib.

"Düşünürəm ki, belə bir görüş (ev sahibi ölkənin prezidenti ilə - red.) nəzərdə tutulmasaydı, dövlət başçısı Moskvaya getməzdi. Dövlət başçısının səfəri istər rəsmi, istərsə də işçi, belə görüş olmadan baş tuta bilməz" - Alen Simonyan bildirib.

Xatırladaq ki, avqustun sonunda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova sentyabrın 25-dən 29-dək keçiriləcək “Ümumdünya Atom Həftəsi”ndə iştirak etmək üçün Nikol Paşinyanın Moskvaya səfərinin mümkünlüyünü istisna etməyib.

Almaz Həsənli

Seçilən
4
oxumeni.az

1Mənbələr