AZ

Milli Məclisdə dini sahə ilə bağlı dinləmələrin keçirilməsi təklif edilib

"Qeyri-ənənəvi radikal təriqətlərin yayılması və onların təsir imkanlarının artması bizi narahat etməlidir”.

APA xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, son proseslər, dünyada gedən hadisələr onu göstərir ki, dindən alət kimi istifadə olunur:

"Azərbaycanın uğurları artdıqca müəyyən qüvvələr xüsusilə dini sahədə aktivləşirlər. Din bu gün onlar üçün əsas təsir alətinə çevrilib. Gələckdə bu cəhdlər artacaq. Bizə yad olan qeyri-ənənəvi təriqətlər yayılır. Buna görə də təklif edirəm ki, ölkədə dini sahə ilə bağlı dinləmə keçirilsin".

Seçilən
34
3
apa.az

4Mənbələr