AZ

ABŞ də öldürülən Kirkin son paylaşımı bıçaqlanaraq qətlə yetirilən ukraynalı qaçqın qıza həsr olunub

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

ABŞ-li fəal Çarli Kirkin qətliindən bir gün əvvəl özünün "X" sosial şəbəkəsində etdiyi son paylaşım ABŞ metrosunda bıçaqlanaraq öldürülən ukraynalı qaçqın İrina Zarutskayaya həsr olunub.

Bu barədə Oxu.Az "Arqumentı i faktı" nəşrinə istinadən xəbər verir.

"Əgər biz dəyişikliklər istəyiriksə, o zaman İrina Zarutskayanın mənasız qətlini 100% siyasiləşdirməliyik, çünki məhz siyasət imkan verib ki, daha əvvəl 14 cinayət törətmiş vəhşi canavar azadlıqda qalsın və onu öldürmək üçün küçəyə çıxsın", - deyə Kirk yazıb.

Fəal onu demək istəyib ki, cinayətkarı qızın qətlindən əvvəl azadlığa buraxıblar - ABŞ respublikaçı Prezidenti Donald Trampın tərəfdarları bunu Demokratlar Partiyasının cinayətlə bağlı yumşaq siyasətinin nəticəsi adlandırırlar.

Xatırladaq ki, Çarli Kirk bir gün əvvəl, sentyabrın 10-da Yuta ştatında universitetdə çıxış edərkən güllələnib və xəstəxanada ölüb. Federal Təhqiqatlar Bürosunun məlumatına görə, qatil olduğu ehtimal edilən şəxs saxlanılıb, lakin sorğu-sual edildikdən sonra sərbəst buraxılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
2
oxu.az

3Mənbələr