AZ

Dövlət obyektləri icarəyə verilir - Aylıq qiymətlər 8 manatdan başlayır

BAKI, 11 sentyabr. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə növbəti müsabiqəyə 4 obyekt çıxarılıb.

Qurumdan Teleqraf-a verilən məlumata görə, obyektlər Gəncə, Şamaxı şəhərlərində, Oğuz və Qazax rayonlarında yerləşir.

Obyektlərin aylıq icarə qiyməti 8 manatla 212 manat arasında dəyişir.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Məlumata görə, icarə üçün təklif olunan obyektlər kiçik sahibkarlar üçün olduqca əlverişlidir.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Seçilən
17
6
teleqraf.com

10Mənbələr