AZ

Təsdiqləndi: ABŞ Polşada hərbi mövcudluğunu SAXLAYACAQ

Yazını böyüt
Yazını kiçilt

Dünən, sentyabrın 10-da axşam saatlarında Polşa Prezidenti Karol Navrotski ilə telefon danışığı zamanı ABŞ Prezidenti Donald Tramp ölkədə Amerika hərbi mövcudluğunun saxlanıldığını təsdiqləyib.

Hafta.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat katibi Rafal Leskieviç məlumat verib.

O vurğulayıb ki, Prezident Karol Navrotski dünən axşam saatlarında Prezident Donald Trampla danışıb:

"İlk növbədə, NATO-nun şərq cinahında təhlükəsizliyin gücləndirilməsi və təmin edilməsində ABŞ-ın dəstəyinə dair təminatları eşidib. O, müttəfiqlərin dəstəyini təsdiqlədi, Amerika qoşunlarının Polşada saxlanmasını, ABŞ-ın bu hərbi kontingentinin Polşada saxlanmasını təsdiqlədi".

Qeyd edək ki, bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış əlavə Amerika hərbi kontingentini qəbul etməyə “tam hazır olduğunu” açıqlamışdı.

Hazırda Polşa ərazisində 10 minə yaxın ABŞ əsgəri var.

Seçilən
13
6
hafta.az

8Mənbələr