AZ

Niderland Ukraynaya silah tədarükünü sürətləndirəcək

Bakı. Trend:

Niderland Kiyevə hərbi yardım üçün ayrılmış büdcənin birhissəsini 2026-cı ildən cari ilə keçirməklə Ukraynaya silahtədarükünü sürətləndirəcək.

Trend xəbər verirki, bu haqda krallığın müdafiə nazirliyinin bəyanatında qeydolunur.

Bəyanata görə, 2022-ci ildən bəri Kiyevin hərbi ehtiyaclarınıödəmək məqsədilə Niderland 13,6 milyarda yaxın vəsait ayırıb ki,onun 8,7 milyard avrosu artıq təyinatı üzrə sərf olunub.

Ümumi yardım üç istiqaməti əhatə edir: 2,4 milyard avroNiderland ordusunun arsenalından çatdırılan təchizatlar, 6,1milyard avro –hərbi texnika və silahların alınması, əlavə olaraq179 milyon avro NATO fondları vasitəsilə yönəldilib.

Nazirlik vurğulayıb ki, təchizatların artırılması yalnızUkraynaya gələn il üçün nəzərdə tutulmuş yardım vəsaitlərininistifadəsi və müdafiə müəssisələrinin işinin sürətləndirilməsi iləmümkündür. Bu fonunda Niderland AB tərəfdaşları və Kiyev iləbirlikdə dronlar və digər sistemlərin birgə istehsalınıplanlaşdırır.

Məqalədə:
Seçilən
10
1
az.trend.az

2Mənbələr