Bakı, 11 sentyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzurda 350 milyon kubmetr su ehtiyatının yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov 2-ci Beynəlxalq Su Təsərrüfatı Konfransında deyib.
O qeyd edib ki, Şərqi Zəngəzur və Qarabağ üzrə 10 şəhər və 79 yaşayış məntəqəsinin su təchizatının təmin olunması üçün layihə-smeta sənədləri artıq təsdiqlənib, Xaçınçay, Köndələnçay anbarları bərpa olunub. Zabuxçay su anbarının inşası və Zabuxçaydan çıxan 51 kilometr uzunluğunda magistral boru xəttinin inşası həyata keçirilib.