AZ

Hindistanın Ali Məhkəməsi hökm verdi: Pakistanla oyun keçiriləcək!

Yazını böyüt
Yazını kiçilt

Bu gün Hindistanın Ali Məhkəməsi Asiya Kubokunda Pakistan - Hindistan oyununun ləğvi ilə bağlı vəsatəti rədd edib.

Hafta.az-ın yazdığına görə, məhkəmənin qərarında deyilir: “Bu, sadəcə bir oyundur, qoy oyun olaraq da qalsın”.

Hakim oyunun bazar gününə təyin edildiyini və bu vaxt ərzində heç nə etməyin mümkün olmadığı, oyunun sadəcə keçirilməli olduğunu bildirib.

Ali Məhkəmənin hakimləri J.K. Maheşvari və Vicay Bişnoydan ibarət heyət oyunun ləğvinə dair ərizəni rədd edib.

Asiya Kuboku 2025-də Pakistanla Hindistan arasında ilk oyunun sentyabrın 14-də Dubayda keçirilməsi planlaşdırılır. Bu, iki qonşu ölkə arasında may ayında yaşanan hərbi münaqişədən sonra ilk görüş olacaq.

Qeyd edək ki, Hindistan Ali Məhkəməsinə 2025-ci il Asiya Kubokunda BƏƏ-də keçiriləcək Pakistan-Hindistan oyununun ləğv edilməsi ilə bağlı vəsatət qaldırılmışdı.

Seçilən
18
hafta.az

1Mənbələr