AZ

Macarıstan sərt danışıqlara hazırlaşır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib ki, Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Taras Kaçkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Budapeştdə “sərt” danışıqlar gözləyir.

Gununsesi.info xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb:

“Ukrayna danışıqlar heyəti Budapeştə gəlib. Mən sərt danışıqlar gözləyirəm, biz yaxşı münasibətlərdə maraqlıyıq, lakin Macarıstanın milli maraqlarını qurban verməyəcəyik”.

Siyarto qeyd edib ki, Budapeşt və Kiyev arasında münasibətlər “ən yaxşı vəziyyətdə deyil”, lakin məsuliyyəti yalnız Ukraynanın üzərinə qoyub.

O əlavə edib ki, ikitərəfli münasibətlərin yaxşılaşdırılması mümkündür, amma bu, Kiyevin iradəsindən asılıdır.

Bundan əvvəl Siyarto Ukrayna və Brüsseli Macarıstanı “hər gün” münaqişəyə sürükləməkdə ittiham etmiş və vurğulamışdır ki, Budapeşt sülhün tərəfdarıdır və tərəfləri sülh danışıqlarına çağırır.

Şəbnəm 

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
icma.az

1Mənbələr