AZ

Simonyan: Sülh mənim tələbimdir, Azərbaycanın yox

“Sülh tələbi mənimdir, Azərbaycanın yox”.

Ulusal.az  erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistan parlamentinin sədri Alen Simonyan səsləndirib.

O, delimitasiya və demarkasiya olunmuş sərhədin mövcudluğu, Azərbaycan kəndlərinin geri qaytarılması və Ermənistan kəndinin Ermənistana qaytarılmasının da onun tələbi olduğunu vurğulayıb.

Simonyanın sözlərinə görə, kiçik ölkələr həmişə böyük dövlətlərin təsirini genişləndirmək üçün alət və ticarət mövzusu olublar. O qeyd edib ki, bütün supergüclər kiçik ölkələrdə təsirlərini artırmağa çalışır, kiçik ölkələr isə əksinə, bunu azaltmağa çalışır.

“Biz bir ölkənin, sonra başqa bir ölkənin qucağına atılmamalıyıq, çünki bütün xarici mərkəzlərin öz maraqları var”, – deyə vurğulayıb.

Alen Simonyanın sözlərinə görə, Ermənistan öz qonşularına, o cümlədən İrana qarşı heç vaxt və indi də heç bir addım atmayıb. O, Rusiya və İranın kommunikasiya xətlərinin açılması layihələrində iştirakını da istisna etməyib, onların təkliflə çıxış edə biləcəyini bildirib.

Parlament sədri Türkiyənin kənd təsərrüfatı və tekstil məhsullarının Ermənistan bazarını “boğacağı” barədə narahatlıqları şişirdilmiş adlandırıb. “Ermənistanda indi də türk malları var”, – deyə o yekunlaşdırıb.

Seçilən
18
1
moderator.az

2Mənbələr