AZ

İsrailin Dohaya zərbə endirməsi suverenliyə qəsddir - Lavrov

İsrailin Qətərin paytaxtına endirdiyi zərbələr Yaxın Şərqdə sabitliyin daha da pozulmasına gətirib çıxarır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Strateji Dialoqun plenar iclasında deyib.

“Bizim sentyabrın 11-də görüşümüz İsrailin sentyabrın 9-da Qətərin paytaxtı Dohaya endirdiyi raket və bomba zərbələri nəticəsində Yaxın Şərqdə hərbi-siyasi gərginliyin kəskin artması kontekstində keçirilir”, - Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Lavrov vurğulayıb ki, Rusiya tərəfi baş verənlərdən dərin narahatlığını ifadə edir və vəziyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.

Bundan əlavə, Rusiya xarici işlər naziri bəyan edib ki, İsrailin Dohaya zərbə endirməsi müstəqil dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsddir.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr