AZ

"Sabah" “Lill”in futbolçusunu icarəyə götürdü - rəsmi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçu Aaron Maluda Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb. Maluda Fransanın “Lion” klubunun yetirməsidi. 19 yaşlı futbolçu karyerası ərzində “Lill”, “Renn” və “Nim” klublarının ikinci və əsas komandalarında oynayıb.

Vinger mövqeyində çıxış edən Aaron Fransanın U-19 millisinin də üzvü olub.

Seçilən
12
18
football-plus.az

10Mənbələr