AZ

Ceyhunun ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldı

Ajans.az Qafqazinfo-ya istinadən xəbər verir ki,Naxçıvan Ali Məhkəməsi belə qərar çıxarıb. Polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyevin cəzası şərti hesab edilib. Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Əsgər Ceyhun Hüseynov iyunun 9-da N saylı hərbi hissədən naməlum şəraitdə itkin düşüb, iki gün sonra odlu silahla vurulmuş nəşi tapılıb. Məhkəmə istintaqı zamanı Ceyhunun intihar etdiyi məlum olub. Bu barədə ekspert rəyləri təqdim edilib.

Ceyhunun komandiri və hərbi hissənin tibb xidməti rəisi isə bu hadisə ilə bağlı vaxtında zəruri tədbirlər görməməkdə təqsirləndirilib. Naxçıvan Hərbi Məhkəməsinin hökmü ilə polkovnik Samir Həziyevə 4 il, tibb xidməti kapitanı Aydın Quliyevə isə 3 il həbs cəzası verilmişdi.

Seçilən
44
2
Ajans.az

10Mənbələr