AZ

Qətərin baş nazirindən Netanyahuya SƏRT XƏBƏRDARLIQ - VİDEO

Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani İsrailin baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.

Musavat.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

“Əvvəlcə onu qeyd edim ki, biz Netanyahu kimi birisindən gələn təhdidi qəbul etmirik. O, HƏMAS-ı məsuliyyətə cəlb etməyə çağırır, amma əslində özü cavab verməlidir. Onu Beynəlxalq Cinayət Məhkəməsi axtarır. Bu, birinci məsələdir. O, bütün beynəlxalq qanunları pozub. Qəzzada insanları aclıqla məhv edir və bu qanunsuz hərəkətləri region üzrə davam etdirir. Sonra nə olacaq? Ondan başqa nə gözləmək olar?”, - deyə Əl Tani bildirib.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr