AZ

ABŞ Ədliyyə Nazirliyi bu gün "Amadea" superyaxtasının yeni sahibini elan edəcək

"Amadea" superyaxtası üzrə hərracın nəticələrinin bu gün açıqlanacağı gözlənilir. ABŞ Ədliyyə Nazirliyi 2022-ci ildə yaxtanı sanksiyaya məruz qalan rusiyalı iş adamı Süleyman Kərimovun mülkiyyəti elan edərək ələ keçirib. Kərimovun vəkilləri ABŞ rəsmilərinin bu iddialarını dəfələrlə rədd ediblər.

“İki sahil” CNN telekanalına istinadla xəbər verir ki, qapalı hərrac hökumət tərəfindən Fraser Yachts ilə birgə təşkil olunur. Təkliflərin qəbulu üçün son tarix 10 sentyabr idi. Təkliflər bu gün açılacaq və yaxta ən yüksək təklifi verənə gedəcək.

2017-ci ildə tikilən Amadea o zaman 350 milyon dollara başa gəlib. Daha sonra ABŞ səlahiyyətliləri onu 230 milyon dollar dəyərində qiymətləndirib.

Seçilən
1
1
ikisahil.az

5Mənbələr