AZ

Xidmət rəisi: Kür çayında balıqların ölüm səbəbi suyun çirklənməsi olmayıb

Kür çayında balıqların ölümü suyun çirklənməsi ilə bağlı olmayıb.

Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” zamanı jurnalistlərə açıqlamasında deyib.

"Kür çayında balıqların ölüm faktı ilə bağlı mütəxəssislərimiz çay suyundan nümunələr götürdülər və Mərkəzi Laboratoriyada analiz etdilər. Bizdə şübhə var idi ki, qonşu ölkədən gələn suyun tərkibində çirkləndirici - asılı maddələrin miqdarı çox olduğu üçün balıqlar məhv olub. Lakin suyun analizində ciddi xoşagəlməz hal aşkarlanmadı. Ola bilsin ki, bioloji olaraq balıqların məhv olması üçün hansısa səbəblər olub. Hadisə suyun çirklənməsi səbəbindən baş verməyib", - deyə R. Aslanov qeyd edib.

Seçilən
0
2
xezerxeber.az

3Mənbələr