AZ

Dövlət teatrı 4 aydır direktor və müavinsiz qalıb İşi baş mühasib icra edir

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

İntiqam Soltanın Mingəçevir Dram Teatrının direktoru vəzifəsindən ayrılmasından 4 aydan yuxarı vaxt keçir. Buna baxmayaraq, hələ də sözügedən teatrın direktor vəzifəsi boşdur.

Yeni teatr sezonun başlamasına sayılı günlər qalıb. Bütün teatrlar iş başındadır və mövsümü açacaqları tamaşanın məşqlərini edirlər, hansı əsərlərə quruluş verəcəklərinə dair müzakirələr aparılır. Belə bir vaxtda teatrın direktorsuz fəaliyyəti sual doğurur. 

Bəs dövlət teatrına niyə 4 aydır direktor təyin olunmayıb?

Məsələni araşdırmaq üçün Mingəçevir Dövlət Dram Teatrı ilə əlaqə saxladıq. Teatrdan Qaynarinfo-ya verilən məlumata görə, istər Mingəçevir Dövlət Dram Teatrının direktoru, istərsə də teatrın direktor müavini vəzifələrini icra edən yoxdur.

Hər iki vəzifə boş olduğundan Mədəniyyət Nazirliyi bu iki səlahiyyəti teatrın baş mühasibi Vəfadar Rəhimova həvalə edib. Hazırda bu mədəniyyət ocağını mühasib idarə edir:

"Görün, Azərbaycanda teatr sənəti nə gündədir ki, onu 4 aydan yuxarıdır ki, baş mühasib idarə edir. Və bu barədə hələ də aidiyyatı qurumlar susur. Yəni, bu boyda ölkədə həmin teatra göndərməyə bir aktyor yoxdur".

Bahar Rüstəmli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
qaynarinfo.az

2Mənbələr