AZ

Baş rolda Ben Afflekin oynadığı “The Rip” filminin rəsmi treylerini təqdim edib

ain.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Netflix axın xidməti baş rollarında Mett Deymon və Ben Afflekin oynadığı “The Rip” adlı kriminal dramın rəsmi treylerini təqdim edib.

Lent.az xarici mənbəyə istinadla xəbər verir ki, filmin süjetinə görə, Mayamidə bir qrup polis əməkdaşı köhnə evdə milyonlarla dolların gizləndiyi bir gizli yer tapır və bu tapıntı onların bir-birinə olan etimadını sarsıdır. Müsadirə olunmuş pullardan digər tərəflər xəbər tutanda isə şübhələr və gərginlik daha da artır.

Deymon və Afflekdən əlavə, filmdə “The Walking Dead” (“Gəzən Meyitlər”) serialından tanıdığımız Stiven Yun da rol alıb. Rejissor kürsüsündə “Smokin Aslar” və “A Komandası” kimi filmlərin, həmçinin “Qara siyahı” serialının müəllifi və rejissoru Co Karnahan əyləşib.

“The Rip” dramının premyerası 16 yanvar 2026-cı ildə Netflix-də planlaşdırılır.

Filmin hazırlanma prosesi

Mett Deymon və Ben Afflekin rol aldığı yeni filmin çıxışı böyük gecikmələr səbəbindən təxirə salınmışdı.

Karnahan bildirib ki, filmin ideyası onun dostunun — Mayami-Deyd dairəsinin narkotiklərlə mübarizə şöbəsinin rəhbəri olmuş şəxsin dərin şəxsi təcrübəsindən yaranıb.

“Hadisə qismən onun həyatı əsasında qurulub, həm də mənim 70-ci illərin klassik polis trillerlərinə olan uzunmüddətli sevgimdən qaynaqlanır. Həmin filmlərdə obrazlara və onların münasibətlərinə böyük diqqət ayrılırdı və onlar dövrün kult əsərlərinə çevrilmişdi”, – deyə rejissor qeyd edib.

Qeyd olunur ki, “The Rip” adı Mayami polislərinin cinayətkarlardan əmlak müsadirə etdikləri zaman istifadə etdikləri terminə istinad edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
lent.az

1Mənbələr