İsrail Qətərdə çərşənbə axşamı həyata keçirdiyi hava zərbəsində HƏMAS liderlərini öldürə bilməsə də növbəti dəfə buna nail olacaq.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin ABŞ-dakı səfiri Yehiel Layter deyib.
“Biz terrorçuları xəbərdar etmişik, harada olurlarsa olsunlar, onları təqib edəcəyik və bizi məhv etmək istəyənləri məhv edəcəyik”, - Layter bildirib.
Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hücum edib.