AZ

Çempionlar Liqasının iki il sonrakı finalının keçiriləcəyi yer müəyyənləşdi

2026/27 Çempionlar Liqasının finalına Madrid şəhəri ev sahibliyi edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

Matç "Atletiko"nun 70 mindən çox tamaşaçı tutumuna malik "Riyadh Air Metropolitano" ("Wanda Metropolitano") stadionunda keçiriləcək. UEFA-nın bu qərarı bu gün rəsmən təsdiq edəcəyi gözlənilir.

Xatırladaq ki, bu stadion 2018/19 mövsümündə də Çempionlar Liqasının finalına ev sahibliyi edib.

Xatırladaq ki, 2026-cı ildə turnirin həlledici qarşılaşması Budapeştdə, “Puşkas Arena”da baş tutacaq.

Mirağa

Seçilən
16
1
fanat.az

2Mənbələr