AZ

"Putinə təzyiqi artırmalıyıq" - Antonio Tajani

İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Moskvaya qarşı sanksiyaları sərtləşdirməklə Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərilməlidir.

Qaziler.az xəbər verir ki, onun parlamentdəki çıxışını “Reuters” sitat gətirib.

"Biz Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün ona təzyiqi artırmalıyıq. Onun döyüş maşınının maliyyələşdirilməsinin qarşısını almaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik. Bura yeni sanksiyalar da daxildir", - Tajani deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzrə mümkün qədər tez razılığa gəlmək üçün fəaliyyətini davam etdirir.

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Rusiyaya yeganə təzyiq vasitəsi maliyyə və iqtisadi sanksiyalardır.

QAZİLER.AZ

Seçilən
21
qaziler.az

1Mənbələr