AZ

“Məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar” - Elxan Şahinoğlu

Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonda imzalanan müqavilədən bir ay ötüb və zaman keçdikcə rusiyalı rəsmilər Azərbaycan və Ermənistan liderlərinin ABŞ paytaxtında imzaladıqları müqavilənin əleyhinə açıqlamalar verməyə başlayıblar. Kreml həmişəki kimi, xarici işlər naziri Sergey Lavrovu qabağa verib. O, Bakı və İrəvan arasında Vaşinqtonda əldə olunan razılaşmanı iki ölkənin suveren hüququ saysa da, iki zəruri əlavəsini də unutmayıb. Birincisi, Lavrov deyib ki, Rusiya razılaşmaların icrasını yaxından izləyir. İkincisi, Lavrovun fikrincə, müqavilə ilə bağlı ilkin müsbət rəylər, tədricən, skeptik qiymətləndirmələrlə əvəzlənib və guya sənəddə hər şey razılaşdırılmayıb.

Bu istiqamətdə hafta.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Lavrovun açıqlaması Kremlin Vaşinqton razılaşmasının icrasına mane olmağa çalışacağından xəbər verir.

Politoloqun fikrincə, Rusiyanın xarici işlər naziri müqavilə barədə “skeptik rəylər” sözləri ilə Ermənistanın radikal müxalifətini nəzərdə tutub:

“Məhz erməni radikallar Vaşinqtonda imzalanan müqaviləni topa tutublar. Kremlin dayağı da məhz onlardır. İrəvan və Vaşinqton tələsməlidir. Zəngəzur dəhlizinin tikintisini və Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini sürətləndirmək lazımdır. Gecikmə Kremlin xeyrinə işləyəcək”.

E.Şahinoğlu vurğulayıb ki, Rusiya rəsmiləri Azərbaycan və Ermənistan liderləri arasında 8 avqustda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzaladıqları müqaviləyə ilk günlər səbirli yanaşır, razılaşmanın əleyhinə açıqlama vermirdilər:

“Bu onunla əlaqəli idi ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarının dəvəti üzərinə Trampla Alyaskada görüşə hazırlaşırdı. Bu ərəfədə Kreml sahibinin və onun əlaltılarının 8 avqust müqaviləsinin əleyhinə açıqlamalar verməsi doğru sayılmırdı. Bu, Trampın səylərini şübhə altına almaq anlamına gələrdi. Üstündən 1 ay ötdükdən sonra Rusiya hərəkətə keçib”.

Seçilən
304
2
hafta.az

10Mənbələr