Olaylar.az xəbər verir ki, bu haqda krallığın müdafiə nazirliyinin bəyanatında qeyd olunur.
Bəyanata görə, 2022-ci ildən bəri Kiyevin hərbi ehtiyaclarını ödəmək məqsədilə Niderland 13,6 milyarda yaxın vəsait ayırıb ki, onun 8,7 milyard avrosu artıq təyinatı üzrə sərf olunub.
Ümumi yardım üç istiqaməti əhatə edir: 2,4 milyard avro Niderland ordusunun arsenalından çatdırılan təchizatlar, 6,1 milyard avro -hərbi texnika və silahların alınması, əlavə olaraq 179 milyon avro NATO fondları vasitəsilə yönəldilib.
Nazirlik vurğulayıb ki, təchizatların artırılması yalnız Ukraynaya gələn il üçün nəzərdə tutulmuş yardım vəsaitlərinin istifadəsi və müdafiə müəssisələrinin işinin sürətləndirilməsi ilə mümkündür. Bu fonunda Niderland AB tərəfdaşları və Kiyev ilə birlikdə dronlar və digər sistemlərin birgə istehsalını planlaşdırır.