AZ

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir.

Herbiand.az xəbər verir ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.

“ABŞ öz səfirliyini Minskə qaytarmaq istəyir və nəhayət, Belarusla münasibətləri normallaşdırmaq istəyir”, – deyə o vurğulayıb.

Con Koul ABŞ-la Belarus arasındakı münasibətləri müsbət qiymətləndirib:
“Bu münasibətləri daha da yaxşılaşdırmaq üçün hələ çox iş görmək olar. Biz səfirliyimizi Minskə qaytarmaq istəyirik. Bu, yaxın gələcəyin məsələsidir. Biz səfirin olmasını istəyirik, burada tam səfirliyin olmasını istəyirik. Və biz bunun üzərində işləyəcəyik. Biz istəyirik ki, ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etsin, ticarət genişlənsin. Əgər hər hansı fikir ayrılığı varsa, qoy onlar aşağıda qalsın, onları üzə çıxarmaq lazım deyil. Prezident Tramp münasibətləri normallaşdırmağa hazırdır”.

Seçilən
16
10
herbiand.az

10Mənbələr