AZ

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Minskdə səfirliyini bərpa etmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidentinin nümayəndəsi Con Koul Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra bildirib.

“ABŞ öz səfirliyini Minskə qaytarmaq istəyir. Biz səfirliyimizi Minskə qaytarmaq istəyirik. Bu, yaxın gələcəyin məsələsidir. Biz səfirin olmasını istəyirik, burada tam səfirliyin olmasını istəyirik. Və biz bunun üzərində işləyəcəyik, – deyə o vurğulayıb.

Con Koul ABŞ-la Belarus arasındakı münasibətləri müsbət qiymətləndirib:“Bu münasibətləri daha da yaxşılaşdırmaq üçün hələ çox iş görmək olar. Biz istəyirik ki, ölkələrimiz arasında iqtisadi əlaqələr inkişaf etsin, ticarət genişlənsin. Əgər hər hansı fikir ayrılığı varsa, qoy onlar aşağıda qalsın, onları üzə çıxarmaq lazım deyil. Prezident Tramp münasibətləri normallaşdırmağa hazırdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
10
bakivaxti.az

10Mənbələr