AZ

Bəzi qoxular BAŞ AĞRISINA səbəb olur SİYAHI

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Elmi araşdırmalar göstərir ki, güclü və davamlı qoxular miqrendən əziyyət çəkən insanlarda baş ağrısına səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, beynəlxalq tibbi jurnallarda dərc edilən nəticələrə əsasən, müəyyən qoxular beynin həssas bölgələrini stimullaşdıraraq ağrı tutmalarını gücləndirir.

Mütəxəssislər bildirirlər ki, baş ağrısını ən çox yaradan qoxular arasında ətir və parfüm, siqaret tüstüsü, güclü qoxulu gigiyena və təmizləyici vasitələr, zibil və bədən qoxusu, həmçinin benzin və nəqliyyat qazları xüsusi yer tutur. Bundan əlavə, boya, lak və digər kimyəvi maddələrin qoxusu da migreni daha da ağırlaşdıra bilər.

Həkimlərin sözlərinə görə, bu halların qarşısını almaq üçün güclü qoxulardan uzaq durmaq, ev və iş yerlərini mütəmadi havalandırmaq, qoxulara şəxsi həssaslığı müşahidə etməklə fərdi triggerləri müəyyənləşdirmək tövsiyə olunur.

Bəzi qoxuların baş ağrısı yaratmasının səbəbi onların beyinə və sinir sisteminə təsiri ilə bağlıdır. Alimlərin izahına görə, güclü qoxular migrenə meyilli insanlarda sinir hüceyrələrini həddindən artıq stimullaşdırır, damarların genişlənməsinə və iltihabi reaksiyaların yaranmasına səbəb olur. Bundan əlavə, benzin və qaz kimi qoxular oksigen çatışmazlığı riski yarada bilər. Stress yaradan xoşagəlməz qoxular da hormonların ifrazını artıraraq ağrını gücləndirir. Nəticədə bu qoxular birbaşa baş ağrısı yaratmasa da, mövcud migren və ya ağrı meylini daha tez üzə çıxarır.

Alimlər qeyd edirlər ki, baş ağrısından əziyyət çəkən insanlar mütləq mütəxəssis məsləhətinə müraciət etməli, özbaşına müalicədən çəkinməlidirlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
baku.ws

2Mənbələr