AZ

Bakıdakı küçə rəqsi dalğası başladı musiqi, stil və emosiyaların partlayışı VİDEO FOTO

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakıda müasir rəqs səhnəsinə böyük uğurla daxil olan ilk Beynəlxalq Baku Flow breyk-dans çempionatı baş tutdu.

Tədbirin təşkilatçısı Azərbaycan Rəqs İttifaqı (AzDC) olub və bu möhtəşəm yarışma World Artistic Dance Festival & Baku Flow 2025 çərçivəsində keçirilib.

Turnirin ideya müəllifi isə Avropa çempionu və dünya yarışlarının mükafatçısı **Mahmud Kamoun (B-Boy Mahmood)** olub. Breyk ritmində yaşayan və nəfəs alan bu insan düşünür ki, Azərbaycan artıq bu sənət növündə də dünya rəqs xəritəsində öz yerini tutmalıdır.

"Azərbaycanın rəqs dünyasında getdikcə daha çox tanınmasından böyük sevinc hissi keçirirəm. Bu həftəsonu 5 ölkədən 100-dən çox fərqli yaş və səviyyədə iştirakçını bir araya gətirdi. İdeyamıza dəstək olan və enerjisini bu hərəkata həsr edən hər bir rəqqasa təşəkkür edirəm," - deyə Mahmud Kamoun bildirib.

Lakin Baku Flow sadəcə bir çempionat deyildi. Bu, şəhərin bit ritmindən nəfəs aldığı, rəqs meydanının bir arenaya çevrildiyi və iştirakçıların yeni nəslin səsi olduğu bir an idi. Bu, musiqi, mədəniyyət, stil və emosiyaların partlayışı idi.

Baku Marriott Hotel Boulevard otelinin divarları arasında müxtəlif məktəblər, üslublar, millətlər və ritmlər bir araya gəldi - və nəticədə sözlərlə izah etmək çətin olan bir atmosfer yarandı. Bunu görmək, eşitmək və hiss etmək lazım idi.

Çempionatın əsas məqsədi - Azərbaycanda müasir küçə rəqsinin inkişafına güclü təkan vermək, gənclər üçün özünüifadə platforması yaratmaq və beynəlxalq rəqs əlaqələrini genişləndirmək idi.

Münsiflər heyəti Portuqaliya, Rusiya və Qazaxıstandan olan tanınmış peşəkarlar tərəfindən təmsil olunurdu ki, bu da yarışmanın yüksək beynəlxalq səviyyəsini bir daha sübut etdi.

Əsas 1x1 "Profi" kateqoriyasında dairəvi sistem üzrə qalib Rusiya təmsilçisi Aleksandr Antonenkov oldu - o, 8 qələbə qazanaraq bu ilin dekabr ayında BƏƏ-nin Dubay şəhərində keçiriləcək dünya finalına vəsiqə əldə etdi.

"All Styles" nominasiyasında isə ən güclü Portuqaliyadan olan Bruce Almighty seçildi - Avropa küçə rəqsi səhnəsinin inkişafına verdiyi töhfələrlə tanınan hörmətli münsif və breyker.

Yarışmanın iştirakçıları, eyni zamanda, Bakının görməli yerlərində breykinq elementlərinin nümayiş etdirdilər.

Küçə rəqsi dalğası artıq başladı - və bu hələ başlanğıcdır...

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
news.milli.az

2Mənbələr