AZ

Trampdan Lukaşenkoya qeyri-adihədiyyə

ABŞ Prezidenti Donald Tramp Belarus lideri Aleksandr Lukaşenkoya maraqlı hədiyyə təqdim edib.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla məlumat verir.

Trampın nümayəndəsi Con Koul Minskdə keçirilən görüş zamanı Lukaşenkoya üzərində Ağ Evin təsviri olan qol düymələri təqdim edib. “Mən artıq Ovala kabinetdən çıxırdım. O (Tramp) məni saxladı və dedi: ‘Gözlə, dayan, bunu prezidentə mütləq çatdır’”, - deyə Koul bildirib.

Aleksandr Lukaşenko isə hədiyyəyə münasibət bildirərək onun maraqlı olduğunu qeyd edib: “Mən də çalışacağam borclu qalmayım”, - deyə Belarus prezidenti əlavə edib.

Aytəkin TOFİQQIZI

Seçilən
23
1
redaktor.az

2Mənbələr