AZ

Azərbaycan və Özbəkistan XİN başçıları əməkdaşlığı müzakirə etdilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və özbəkistanlı həmkarı Bəxtiyor Saidov telefon danışığı zamanı əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Özbəkistan XİN başçısı "X"də yazıb.

Bildirilib ki, Azərbaycan-Özbəkistan tərəfdaşlığının mövcud vəziyyəti və ümidverici gələcəyi, eləcə də regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparılıb:

"Dinamik siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin irəlilədilməsi xüsusi vurğulandı. Tarixi bağlar və ortaq maraqlar üzərində qurulmuş strateji əlaqələri və müttəfiqliyi daha da dərinləşdirməyə dair birgə öhdəliyimizi bir daha təsdiqlədik".

 

Seçilən
15
3
xezerxeber.az

5Mənbələr