"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gənc futbolçu Aaron Maluda Fransanın "Lill" klubundan bir illik icarəyə götürülüb.
Maluda Fransanın "Lion" klubunun yetirməsidir. 19 yaşlı futbolçu karyerası ərzində "Lill", "Renn" və "Nim" klublarının ikinci və əsas komandalarında oynayıb.
Qeyd edək ki, Aaron Fransa millisinin və "Çelsi"nin əfsanəsi, "Lion", "Trabzonspor"da çıxış etmiş vinger Floran Maludanın oğludur.
Heybət