AZ

Ronaldu yenə ən yaxşı seçildi

"Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu "Bütün dövrlərin ən yaxşı futbolçusu" mükafatına layiq görülüb.

Milli.Az xəbər verir ki, mükafat sahibinin adı Primeyra mükafatlarının təltifetmə mərasimində açıqlanıb.

Bildirilib ki, 40 yaşlı Kriştianu bütöv bir dövrü özü üçün müəyyənləşdirib və dünya futbolunda silinməz izlər buraxıb.

Futbolçunun özü mərasimdə iştirak etməyib. 

Qeyd edək ki, Kriştianu Ronaldu "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının beş dəfə sahibi olub. 

Milli.Az

Seçilən
18
milli.az

1Mənbələr